03 iyun 2025 10:22
305

Səfir: Ukrayna Bakıda enerji təhlükəsizliyi məsələlərini müzakirə edir

Ukraynanın energetika nazirinin müavini Mikola Kolisnık iyunun 3-də Bakıda işinə start verən Bakı Enerji Forumunda iştirak edir.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz Ukraynanın təcrübəsini bölüşürük, tərəfdaşlıqlar qururuq, enerji təhlükəsizliyi və dayanıqlı keçid məsələləri üzrə dialoqu inkişaf etdiririk. Ukrayna dünyanın enerji gələcəyinin bir hissəsidir", - səfir yazıb.