Bu ilin I yarısında "AZCON Holding"in şirkətlərindən olan "Bakı Metropoliteni" QSC 111 milyondan çox sərnişinə xidmət göstərib.
"İki sahil" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, ən çox sərnişin mayda daşınıb və onların sayı 20 milyon 672 min nəfəri keçib.
6 ay ərzində 9 milyon 822 min sərnişin daşıyan "Koroğlu" stansiyası TOP10 siyahısına liderlik edir.