26 aprel 2025 20:54
112

“Zirə” “Kəpəz”ə qalib gəldi

Misli Premyer Liqasının 32-ci turunda “Kəpəz” “Zirə”ni qəbul edib.

İki sahil”in məlumatına görə, Tovuz şəhər stadionundan baş tutan qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Salifu Suma vurub.

Bununla da Bakı təmsilçisi gəncəlilər üzərində minimal hesablı qələbəni təmin edib.

Misli Premyer Liqası,

32-ci tur

26 aprel

19:00. “Kəpəz” 0-1 “Zirə”

Qol: Salifu Suma, 64

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Tovuz şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”