23 iyun 2026 11:46
85

5-ci LANDAU Şahmat Festivalı uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, LANDAU School-un təşkilatçılığı ilə keçirilən  arasında 5-ci LANDAU Şahmat Festivalı uğurla yekunlaşıb.
“İki sahil” xəbər verir ki, Yarış 8, 10 və 12 yaşadək oğlan və qızlar arasında fərdi formatda təşkil olunub.  5-ci LANDAU Şahmat Festivalı üzrə əsas qalib Yusif Əhədzadə olub. O, 11-18 oktyabr tarixlərində Gəncədə keçiriləcək “Ganja Open 2026” Şahmat Festivalında iştirak hüququ qazanıb. Qalibin yarışla bağlı bütün xərcləri LANDAU School tərəfindən qarşılanacaq. Qeyd edək ki, festivalın əsas qalibi kubok və diplomla təltif olunub.

8 yaş qrupu üzrə qalib qızlar:
I yer: Mahmudova Nərmin
II yer: Əsədli Mələk
III yer: Musayeva Nuray

8 yaş qrupu üzrə qalib oğlanlar:
I yer: Mirzəyev Məhəmməd
II yer: Məmmədzadə Kənan
III yer: Maqsudsoy Mustafa

10 yaş qrupu üzrə qalib qızlar:
I yer: Tağızadə Əsəl
II yer: Bayramova Mələk
III yer: Mehdiyeva Xədicə

10 yaş qrupu üzrə qalib oğlanlar:
I yer: Məmmədrzayev Renat
II yer: İsbatov Tahir
III yer: Həsənov Yaşar

12 yaş qrupu üzrə qalib qızlar:
I yer: Hümbətli Xanımzər
II yer: Mehdiyeva Alsu
III yer: Məstiyeva Mehin

12 yaş qrupu üzrə qalib oğlanlar:
I yer: Əhədzadə Yusif
II yer: Bulkin Deniel
III yer: Nəsibli Amin
Qeyd edək ki, turnirdə Azərbaycanın müxtəlif şəhər və rayonlarından 225 yeniyetmə şahmatçı mübarizə aparıb. Festivalın sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub