13 sentyabr 2026 21:40
90

“Mançester Yunayted” doğma meydanında uduzub

İngiltərə Premyer Liqasının IV turunda derbi oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, “Mançester Yunayted” doğma meydanda “Mançester Siti” ilə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 60-cı dəqiqədə norveçli hücumçu Erlinq Holann vurub. Hazırda “şəhərlilər” 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” isə 4 xalla on üçüncü yerdədir.