Cənubi Koreya millisi yerli media ilə planlaşdırılan bütün müsahibələri ləğv edib.
“İki sahil” xəbər verir ki, buna səbəb komandanın kapitanı Son Hın Min barədə yayılan tənqidi səs yazısı olub. Hadisə iyunun 7-də Qvadalaxarada açıq məşq zamanı qeydə alınıb.
“Globo” nəşrinin yaydığı məlumata görə, jurnalist canlı yayımda kapitanla bağlı sərt fikirlər səsləndirib:
"Kapitandır deyə elə qaçır ki, sanki hərbi komandaya rəhbərlik edir. Halbuki, heç məşqdə qaçışını tam olaraq bitirmədi".
Səs yazısının sosial şəbəkələrdə yayılmasından sonra federasiya yerli media ilə ünsiyyətdə olmamaq qərarı verib.
Xatırladaq ki, komanda DÇ-2026-nın A qrupunda iki turdan sonra 3 xalla ikinci yerdə qərarlaşıb.