22 iyun 2026 23:18
94

Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb

Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, J qrupunda Argentina Avstriya ilə qarşılaşıb.

Dallas stadionunda keçirilən görüş Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hər iki qolu Lionel Messi vurub.

Bununla da, xallarını 6-ya çatdıran Argentina dünya çempionatında növbəti mərhələyə yüksəlib.