26 aprel 2025 15:22
107

Azərbaycan millisinin üzvü karyerasını başa vurdu

Bədii gimnastika üzrə Azərbaycan millisinin Arzu Cəlilova karyerasını başa vurub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avropa çempionatının bürünc, gənclər arasında dünya birinciliyinin gümüş və bürünc medalçısı Milli Gimnastika Arenasında son çıxışını edərək gimnastika ilə vidalaşıb.

AGF-nin baş katibi Fatimə Şəfizadə sabiq milli üzvünü ölkəmizdə gimnastikasının inkişafına verdiyi töhfələrə görə təltif edib.