22 aprel 2025 21:34
92

Aİ-nin ali nümayəndəsi Bakıya gələcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Bakıya səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Qeyd olunub ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Kallas xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək. Görüşdən sonra mətbuat konfransı keçiriləcək.