Fransa Prezidenti Emmanuel Makron beşgünlük səfərlə Mayottaya gedib.
“İki sahil” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
E.Makron Mayottadan videokonfransa qoşularaq Nazirlər Şurasının iclasında iştirak edəcək. İclasda qeyri-qanuni miqrasiya ilə mübarizəyə dair bəndin də daxil olduğu arxipelaqın bərpası proqramı təqdim ediləcək.
Bununla yanaşı, Fransa Prezidenti dağıdıcı "Şido" qasırğasından dörd ay sonra Mayottanın bərpası məsələsini müzakirə edəcək.
Qeyd edək ki, “Şido” son 90 ildə Mayottanı vuran ən güclü qasırğa olub. Məlumata görə, qasırğa nəticəsində 31 nəfər ölüb, 1400-dən çox insan yaralanıb. Fransalı sığortaçılar qasırğadan dəyən ziyanı 650-800 milyon avro həcmində qiymətləndiriblər.