Göygöl rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Ölən şəxs Daşkəsən rayon sakini 1959-cu il təvəllüdlü Müzakir Abdullayevdir. Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.