14 aprel 2025 16:18
172

Macarıstandan qəti mövqe: İMKAN VERİLMƏYƏCƏK!

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Aİ bir il ərzində Ukrayna ilə quruma qoşulmaq üzrə danışıqlara başlamaq niyyətindədir.

“İki sahil” xəbər verir ki,  bu barədə "RİA Novosti" məlumat yayıb.

“Aİ xarici işlər nazirlərinin görüşündə bir neçə nəfər də açıq şəkildə bildirdi ki, onlar Ukrayna ilə üzvlük danışıqlarının bütün fəsillərinin bu il açılmasını istəyirlər”, - deyə, RİA Novosti onun sözlərini sitat gətirib.

Siyasətçinin sözlərinə görə, Budapeşt Macarıstan xalqının rəyi nəzərə alınmadan Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı qərarın verilməsinə imkan verməyəcək.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın heç vaxt Aİ-yə üzv olmayacağını etiraf edib.