13 aprel 2025 09:25
119

Tacikistanda güclü zəlzələ qeydə alınıb

Tacikistanda 6.1 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına istinadla xəbər verir.

Onun məlumatına görə, yeraltı təkanların episentri Xücənd şəhərindən 170 kilometr cənubda yerləşib.

Zəlzələnin ocağı 15 kilometr dərinlikdə olub.

Düşənbənin mərkəzində bir neçə saniyə ərzində zəif təkanlar hiss olunub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.