13 aprel 2025 08:21
115

Maduro Moskvaya gedəcək?

Venesuela Prezidenti Nikolas Maduro 9 May – Qələbənin ildönümündə Rusiyaya səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov venesuelalı həmkarı ilə görüşdə bildirib.

“Bugünkü görüş Prezident Maduronun 9 May münasibətilə Moskvaya səfərinə hazırlıq fonunda saatları uyğunlaşdırmaq üçün yaxşı fürsətdir”, – deyə o, Antalya Diplomatik Forumunda venesuelalı həmkarı İvan Xil ilə görüşü zamanı deyib.