09 aprel 2025 23:53
201

Panama kanalı ilə bağlı sənəd imzalanacaq

ABŞ hərbi gəmilərinin Panama kanalı vasitəsilə sərbəst keçidi ilə bağlı bəyannamə imzalanacaq.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Pentaqon rəhbəri Pit Heqset deyib.

"Biz Panama kanalının təhlükəsizliyini təmin edirik və Çinin təsirinə qarşı mübarizə aparırıq. Panama kanalı Çin tərəfindən deyil, ABŞ tərəfindən qorunmalı olan əsas ərazidir", - Heqset bildirib.

Onun sözlərinə görə, ABŞ və Panama arasında imzalanacaq bəyannamə kanalın təhlükəsizliyi və istismarı ilə bağlıdır.