Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi ölkədə dövlət çevrilişi təşkil etmək cəhdinin qarşısını alıblar.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, cinayətin əsas məqsədi sonradan dövlət çevrilişinə cəhdlə ictimai-siyasi vəziyyətin sabitliyini pozmaq olub.
Qeyd olunur ki, çevrilişdə iştirak edənlərin hamısı saxlanılıb.
“Sözügedən qrup öz niyyətlərini həyata keçirmək üçün xarici vətəndaşlar tərəfindən zorakılığa məruz qaldığı iddia edilən döyülmüş, yarıçılpaq qırğızıstanlı qızın müraciəti ilə saxta təxribat xarakterli video çəkməyi planlaşdırıb”, - deyə idarənin məlumatında bildirilir.
Hazırda Milli Təhlükəsizlik Dövlət Komitəsi cinayətin təşkilatçılarının tutulması istiqamətində iş aparır.