09 aprel 2025 15:35
181

Çin ABŞ-dan gələn mallara 84% əlavə rüsum tətbiq edəcək

Çin aprelin 10-dan etibarən ABŞ-dan gələn mallara 84% əlavə rüsum tətbiq edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə "Clash Report" xəbər verir.

“Çin aprelin 10-dan etibarən ABŞ mallarına əlavə rüsumların tətbiq ediləcəyini açıqladı”, - deyə mənbənin X sosial şəbəkəsində dərc olunan yazıda deyilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Çinlə müqavilə bağlanana qədər Çin mallarına 104% rüsum tətbiq ediləcəyini bildirmişdi.