08 aprel 2025 01:25
113

“Aramco” Asiyada böyük alıcılar üçün neft qiymətlərini endirib

Səudiyyə Ərəbistanı OPEC+ ittifaqının gözlənilməz dərəcədə böyük hasilat artımını elan etməsindən bir neçə gün sonra flaqman neftin qiymətini son iki ilin ən aşağı həddinədək azaldıb. Dövlət istehsalçısı “Saudi Aramco” may ayı üçün “Arab Light” markalı neftin qiymətini Asiyada ən böyük alıcılarına 2,30 dollar ucuzlaşdıracağını açıqlayıb.

Xatırladaq ki, OPEC+ aprelin 3-də elan edib ki, gələn ay yenidən qlobal bazara gündə 400 min bareldən çox neft əlavə edəcək.

Bu şok hərəkət ABŞ Prezidenti Donald Trampın elan etdiyi ticarət tariflərinin qlobal iqtisadiyyatı təhdid etməsindən sonra keçən həftə 10%-dən çox ucuzlaşan neft qiymətlərindəki fərqi dərinləşdirdi.

Tələblə bağlı narahatlıqların olduğu bir vaxtda təklifin sürətlənməsi bir çox bazar müşahidəçilərinə bir növ sürpriz olub. Çünki əslində Səudiyyə Ərəbistanının xərclərini tarazlaşdırmaq üçün bir barel üçün 90 dollardan yuxarı xam neft qiymətlərinə ehtiyacı var.

Londonda isə neftin qiyməti cümə günü 65 dollardan aşağı olaraq son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

Krallıq, həmçinin ABŞ və Avropa üçün də qiymətləri aşağı salıb. Ancaq azalma Asiya alıcılarına nisbətən daha kiçik olub. Avropa qiymətləri bütün növlər üçün 50 sent, ABŞ qiymətləri isə 20 sent azaldılıb.

Nubar Süleymanova, “İki sahil”