07 aprel 2025 09:28
164

Suriya Prezidenti Türkiyəyə səfər edəcək

Keçid dövründə Suriya Prezidenti Əhməd əş-Şəraa Türkiyəyə səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Suriya Xarici İşlər Nazirliyi Əhməd əş-Şəraanın gələn həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə səfər edəcəyini açıqlayıb.

BƏƏ əş-Şəraanın vəzifəyə gəldikdən sonra səfər edəcəyi ikinci körfəz ölkəsi olacaq. O, fevralda Səudiyyə Ərəbistanına səfər edib.