11 aprel 2025 17:38
176

Avropa İttifaqında Ukrayna ilə bağlı konsensus yoxdur

Avropa İttifaqına üzv ölkələr Ukraynanın təhlükəsizliyinin təmin edilməsi məsələsində konsensus əldə etməyiblər.

“İki sahil” xəbər verir ki,  bu sözləri Britaniyanın “The Guardian” nəşri sitat gətirən Aİ diplomatiyasının rəhbəri Kaja Kallas deyib.

Avropa diplomatiyasının rəhbəri izah edib ki, Aİ ölkələrinin bu məsələ ilə bağlı müxtəlif fikirləri var və bu mövzuda dialoq davam edir.

Bundan əvvəl Kallas bəyan edib ki, Aİ bu ilin sonuna qədər Kiyevə 23 milyard avro məbləğində hərbi yardım göstərməyi öhdəsinə götürüb.