11 aprel 2025 17:13
151

Peskov: Putin-Uitkoff görüşü və İstanbul məsləhətləşmələri fərqli istiqamətlərdir

Rusiya prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən görüş və İstanbulda baş tutan Rusiya-Amerika məsləhətləşmələri bir ümumi prosesin iki fərqli yoludur.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Xeyr, bunlar bir ümumi prosesin iki fərqli istiqamətidir"-deyə, o, bildirib.