Ukraynada qarşıdan gələn seçkilərə hazırlıq başlayıb.
“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, bunu Ali Radanın spikeri Ruslan Stefançuk deyib.
Onun sözlrinə görə Ukraynada seçkilərə hazırlıq çox erkən mərhələdədir.
Məlumatda qeyd edilir ki, münaqişə bitdikdən sonra Ukrayna səsvermənin vaxtını və qaydalarını müəyyən edən yeni qanun qəbul etməli olacaq.
Stefançukun sözlərinə görə, Kiyev artıq bu məsələ üzərində işləyir.