1918-ci ilin mart soyqırımları Şamaxı və Qubada xüsusi amansızlıq və qəddarlıqla törədilmiş, insanlar kütləvi halda qətlə yetirilmişlər. Qubada kütləvi məzarlıqda aşkarlanan insan skletləri insanların işgəncələrlə öldürüldüyünü əyani şəkildə sübut edir.
1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin Fərmana əsasən martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmana əsasən soyqırımı tarixinin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkarlanmışdır.
1918-ci ilin mart-aprel ayında Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində 3,5 hektar ərazidə “Soyqırımı memorial kompleksi” yaradılmış və ölkə başçısı 18 sentyabr 2013-cü ildə kompleksinin açılışında iştirak etmişdir. Prezident cənab İlham Əliyevin erməni faşizminin ifşasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən təşəbbüsləri bununla yekunklaşmır. Həmçinin 2018-ci il yanvarın 18-də Prezident cənab İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam da imzalamışdır.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri