Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin təxminən bir saatdır telefonla danışdığını bildirib.
“İki sahil” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində ABŞ Prezidentinin köməkçisi və Ağ Ev rəhbərinin müavini Den Skavino məlumat verib.
“Prezident Tramp Ağ Evin Oval kabinetindədir və Şərq sahili vaxtı ilə səhər saat 10:00-dan (Bakı vaxtı ilə 18:00) orada Rusiya Prezidenti Vladimir Putinlə danışır”, - Skavino deyib.
O qeyd edib ki, söhbət müsbət irəliləyir və hələ də davam edir