12 mart 2025 19:16
123

Novruz Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramı­dır

Ümummulli lider Heydər Əliyev bütün varlığı ilə doğma xalqına, onun milli –mənəvi dəyərlərinə, adət-ənənələrinə bağlı olan böyük tarixi şəxsiyyət idi. Ulu Öndərin qəlbində ana təbiətin oyanışının, həyatın yenilənməsinin, ümidlərin, arzuların çiçəklənməsinin, insanlar arasında bərabərliyin, həmrəyliyin rəmzi sayılan Novruz bayramına xüsusilə dərin bir sevgi vardı. Heydər Əliyev bu əziz bay­ramda xalqın arasında olmaqdan son­suz qürur hissi duyar, bayram münasi­bətilə təşkil olunan təntənəli tədbirlərdə iştirak edər, sadə insanlarlarla səmimi söhbətlər edərdi. Ulu Öndər həmin sevincli anlarda qəlbindən dilinə axan ülvi arzu və diləklərini əhali ilə bölüş­məkdən xüsusi zövq alardı. 

2000-ci il mart ayının 21-də keçirilən Novruz bayramı tədbirində Böyük lider unudulmaz çıxışında deyibdir: “Novruz bayramı Azərbaycan xalqının, azərbaycanlıların ən əziz  bayramı­dır. Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət bay­ramlarıdır, bir qismi xalq, din bayram­larıdır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən doğma, ən sevimli bayram Novruz bayramıdır”.Nov­ruz bayramının dünyada olan bütün xalqların bayramlarından fərqi odur ki, bu bayram təbiətlə, kainatla əlaqədar­dır. Özü də bunun elmi əsasları var. Bu bayram min illər boyu xalqımızın qəl­binə daxil olub və çox dərin köklər sa­lıbdır. Ona görə də bu bayramı hər bir azərbaycanlı öz doğma bayramı kimi keçirir.

Heydər Əliyev doğma xalqını son­suz bir məhəbbətlə sevirdi. O, Vətə­ninin daha güclü və qüdrətli bir döv­lətə çevrilməsini, ölkə vətəndaşlarının xoşbəxt və rifah içində yaşamalarını arzulayırdı. Memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin və xalqının parlaq gələcə­yinə inanırdı. Dahi siyasətçi əmin idi ki, xalqımı­zın həyatı gündən-günə yaxşılaşacaq, Azərbaycan yüksələcək və respublika­mızın hər bir sakini rahat və xoşbəxt yaşayacaqdır. Heydər Əliyevin xalqımızın tərəqqi­sinə xidmət edən ölməz ideyaları bu gün də bizimlədir, onlar bizi daha güclü və həmrəy olmağa səsləyir. 2020-ci ilin payızında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz əzəli və əbədi torpaqlarını düşməndən azad edən qalib Azərbaycan indi regionun ən qüdrətli dövlətidir. Xalqımız indi qədim tarixinin ən şərəfli dönəmini ya­şayır. 

Elimizə, obamıza, doğma Azərbaycanımıza ilin ən gözəl fəsli olan bahar gəlir. Onun ilıq nəfəsi ilə oyanan təbiət yenidən yaşıl libasına bürünür. Tarixən Respublikamızın hər yerində baharın gəlişini, xalqımızın qədim el bayramı olan Novruzu böyük sevinc və fərəhlə qarşılamışlar.

Bu gün ərazi bütövlüyünü təmin edən Azərbaycan dövləti güclü və yenilməzdir.İndi biz suveren, müstəqil Azərbaycan vətəndaşları kimi öz milli bayramımızı azad qeyd edirk! Qoy, qəlbimiz­dən Vətən sevgisi və bahar sevinci heç vaxt əskik olmasın. Sizləri müdrik əcdadlarımızın misilsiz yadigarı,milli varlıq və mənəviyyat xəzinəsi olan Novruz  bayramı münasibəti ilə ürəkdən təbrik edir, ölkəmizin tərəqqisi və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar, cansağlığı, səadət, xoşbəxtlik və bahar əhval-ruhiyyəsi arzulayırıq.

Novruz bayramımız mübarək olsun! 

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri