16 mart 2025 19:27
123

Tramp və Putin bu həftə görüşə bilər

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya-Ukrayna müharibəsindəki son vəziyyətlə bağlı açıqlamalar verib.

İki sahil”in məlumatına görə, o, Tramp ilə Rusiya prezidenti Vladimir Putinin bu həftə danışacağını gözlədiyini bildirib.

ABŞ-ın danışıqlar qrupunun bu həftə Ukrayna və Rusiya tərəfləri ilə danışıqlar aparacağını qeyd edən Vitkoff, “Ümid edirəm ki, Rusiya-Ukrayna müharibəsinin sona çatmasında real irəliləyiş görəcəyik” - deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”