16 mart 2025 18:31
110

Şimali Makedoniyada gecə klubunda yanğın zamanı ölənlərin sayı 59-a çatıb

Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bunu Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski deyib.

Ölənlərdən 35-nin şəxsiyyəti müəyyən edilib, onlardan 31-i Koçani şəhərinin, 4-ü Ştip şəhərinin sakinləridir. Onların yaşları 14-27 arasındadır.

Yaralıların sayı 151 nəfərdir.

Şimali Makedoniya Səhiyyə Nazirliyinin məlumatına görə, uşaqlar da daxil olmaqla, 18 yaralının vəziyyəti ağırdır.

Bundan əvvəl 51 nəfərin öldüyü, 118 nəfərin yaralandığı bildirilirdi.