15 mart 2025 21:21
84

MPL: “Sabah” - “Zirə” yarışında qollu bərabərlik

Misli Premyer Liqasının 27-ci turunda “Sabah” “Zirə”ni qəbul edib.

İki sahil”in məlumatına görə, müsabiqənin 34-cü dəqiqəsində Cesse Sekidika hesabı açıb. 63-cü dəqiqədə isə Davit Volkov bərabərlik qolunu vurub.

Müsabiqə bu hesabla da başa çatıb.

Misli Premyer Liqası

27-ci tur

15 mart

19:30. “Sabah” 1-1 “Zirə”

Qol: Cesse Sekidika, 34 (1-0), Davit Volkov, 63 (1-1)

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev

VAR: Nicat İsmayılov

AVAR: Cəmil Quliyev

Bank Respublika Arena”

Məhərrəm Ağalaroğlu, “İki sahil”