Azərbaycan Basketbol Liqasında XVIII tura bu gün start veriləcək.
“İki sahil” xəbər verir ki, günün yeganə matçında "Lənkəran" "Quba" ilə üz-üzə gələcək.
Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq qarşılaşma saat 14:00-da start götürəcək.
"Quba" B qrupunda 21 xalla beşinci, "Lənkəran" 20 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, tura martın 16-da yekun vurulacaq.
Çempionlar Liqası: "Atletik" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçiriləcək
"Barselona"nın şikayəti təmin edilməyib, Hans-Diter Flik El-Klasikonu buraxacaq