19 iyul 2026 13:22
163

ABŞ hava məkanını bağlayır

Futbol üzrə dünya çempionatının finalında ABŞ Prezidenti Donald Tramp üçün təhlükəsizlik tədbirləri görüləcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Telegraf” qəzeti məlumat yayıb.

Məlumata görə, Trampın finalı izləyəcəyi gözlənildiyi üçün qarşılaşma zamanı genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Hava məkanının mühafizəsi F-16 qırıcı təyyarələri tərəfindən təmin olunacaq. Finalın keçiriləcəyi stadionun üzərindəki hava məkanı isə müvəqqəti olaraq uçuşa qadağan zona elan ediləcək.

Bundan başqa, təhlükəsizliyin təmin edilməsi məqsədilə əraziyə Federal Təhqiqatlar Bürosunun (FTB) minlərlə əməkdaşı cəlb olunacaq.

Qeyd edək ki, final bu gecə Bakı vaxtı ilə 23:00-da İspaniya və Argentina yığmaları arasında baş tutacaq. Dünya çempionatının qalibinə kuboku FİFA Prezidenti Canni İnfantino və Donald Tramp təqdim edəcək.