Türkiyənin Karabükün Safranbolu bölgəsində yerləşən İsmetpaşa məhəlləsində, Recep Özkana məxsus 150 illik tarixi iki mərtəbəli malikanədə naməlum səbəbdən yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə yerinə çağırılan yanğınsöndürən qruplarının müdaxiləsi nəticəsində yanğın söndürülüb, lakin tarixi bina istifadəyə yararsız hala düşüb.
Yanğının səbəblərinin müəyyən edilməsi üçün araşdırma başladılıb.