05 fevral 2025 11:35
72

Rusiya tanker donanmasında yoxlamalara başlayır

Rusiya Nəqliyyat Nazirliyi ölkənin tanker donanmasının yoxlanılmasına başlayır və bunu naviqasiya mövsümünə qədər başa çatdıracaq.

"İki sahil” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

"Rusiya Nəqliyyat Nazirliyi tanker donanmasının yoxlanılmasına başlayır. Nəzarət tədbirlərinin 2025-ci ildə naviqasiya mövsümünün başlanmasına qədər başa çatdırılması planlaşdırılır", - məlumatda qeyd olunub.

Yoxlamanın dəniz və daxili su nəqliyyatı üzrə 500-ə yaxın şirkəti əhatə edəcəyi gözlənilir.