05 fevral 2025 13:02
89

Rəsmi Pekin fələstinlilərin Qəzzadan zorla çıxarılmasına qarşıdır

Çin hakimiyyəti fələstinlilərin Qəzza zolağından zorla çıxarılmasına qarşı çıxıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib.

Qeyd olunur ki, Çin vəziyyəti iki dövlətli həll yolu əsasında həll etməyə ümid edir.

Bundan əvvəl Amerika lideri Donald Tramp Qəzza zolağının yerli sakinlərinin İordaniya və Misirə köçürməyi təklif edib.