02 fevral 2025 15:15
88

Türkiyənin növbəti humanitar yardımı Qəzzaya çatıb

Türkiyənin növbəti humanitar yardımı Qəzzaya çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, çadır və yorğanlardan ibarət humanitar yardımı daşıyan yük maşınları Rəfah keçid məntəqəsindən keçərək Qəzzaya çatıb.

“Dövlətimizin gücü və millətimizin dəstəyi ilə Fələstinin yanındayıq”, – paylaşımda bildirilib.