Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrail və Fələstinin HƏMAS hərəkatını Qəzza zolağında atəşkəs razılaşmasının icrasının ikinci mərhələsinin təfərrüatlarını müzakirə etmək üçün danışıqlara başlamağa çağırıb.
“İki sahil” xəbər verir ki, o, Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib: “Biz sazişdə nəzərdə tutulduğu kimi, ikinci mərhələ üzrə danışıqların dərhal başlanmasını istəyirik”.