Parisdə “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçularının uğurlu çıxışı davam edir.
“İki sahil” xəbər verir ki, Azərbaycan bu mötəbər yarışda 10 cüdoçu ilə təmsil olunur. Bu gün dörd idmançımız tatami üzərinə çıxıb.
İlk yarış günündə millimizin üzvü Ruslan Paşayev (66 kq) möhtəşəm çıxış edərək çempion olub. Digər cüdoçumuz Rəşid Məmmədəliyev (73 kq) isə bürünc medala sahib çıxıb.
Bu gün mübarizəyə qoşulan idmançılarımızın qarşılaşmaları:
81 kq: Ömər Rəcəbli ilk görüşündə Sibghatullah Arabanı (IJF) məğlub edərək növbəti mərhələdə Çilidən olan Xorxe Pereslə qarşılaşacaq.
100 kq: Əjdər Bağırov fransalı Mark Fransua Nqayapanı məğlub edərək növbəti mərhələdə Kipr təmsilçisi Georgios Kroussaniotakisə rəqib olub.
+100 kq: Uşanqi Kokauri belçikalı Toma Nikiforovla, Kənan Nəsibov isə finlandiyalı Marti Puumalaynenlə qarşılaşacaq.