“Falcon 9” daşıyıcı aparatı “Starlink” sisteminin qlobal internet şəbəkəsinin orbital qrupunu doldurmaq üçün 22 mini peykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.
“İki sahil” xəbər verir ki, bu barədə “SpaceX”-in məlumatında bildirilib.
“22 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - deyə qeyd olunub.
Raket şənbə günü Sakit okean vaxtı ilə saat 15:02-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasında SLC-4E buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər buraxılış aparatının ikinci pilləsindən ayrılaraq orbitə daxil olub.
2019-cu ilin may ayından etibarən “SpaceX” “Starlink” layihəsi çərçivəsində 7800-dən çox belə peyk buraxıb. Hazırda orbitdə 6900-dən çox cihaz işlək vəziyyətdədir.