02 fevral 2025 10:09
105

Kaliforniyada neft emalı zavodunda partlayış baş verib

Kaliforniya ştatının Martinez şəhərində neft emalı zavodunda yanğın baş verib, azı 3 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə “The Mercury News” qəzeti məlumat yayıb.

Partlayışa və irimiqyaslı yanğına karbohidrogen sızmasının səbəb olduğu bildirilir.

Zavodun 3 əməkdaşı yüngül xəsarət alıb, bütün işçilər təxliyə edilib.