02 fevral 2025 02:33
101

2024-cü ildə beynəlxalq aviadaşımalarda artım qeydə alınıb

2024-cü ildə aviasiyada dünya üzrə sərnişin daşımaları 10,4 faiz artıb.

“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) illik hesabatında bildirilir.

Hesabat müəlliflərinə görə, 2024-cü ildə sərnişin daşımaları 2019-cu ildəkindən 3,8 faiz artıq olub.

340 aviaşirkəti birləşdirən təşkilat qeyd edir ki, 2024-cü ildə dünyada hava nəqliyyatı ilə 4,89 milyard nəfərdən çox sərnişin daşınıb. Bu göstərici 2023-cü ildə 4,44 milyard, 2019-cu ildə 4,54 milyard nəfər təşkil edib. 2020-ci ildə isə aviasiya ilə daşınan sərnişin sayı koronavirus pandemiyasına görə 1,78 milyard nəfərə düşmüşdü.

Təşkilat bu il sərnişin sayının 8 faiz artacağını proqnozlaşdırır.