01 fevral 2025 15:22
165

Azərbaycan-Qırğız İnvestisiya Fondu kiçik SES və tikiş fabrikinin tikintisi layihələrini maliyyələşdirəcək

Azərbaycan-Qırğız İnvestisiya Fondu Qırğızıstanda həyata keçiriləcək iki layihəni - kiçik su elektrik stansiyasının (SES) və müasir tikiş fabrikinin tikintisini maliyyələşdirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, SES-in gücü 9 meqavat təşkil edəcək, fabrikin tikintisi sayəsində isə 300 yeni iş yeri yaradılacaq.

Digər təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının Bakıda keçirilən dördüncü iclasında yeni investisiya siyasəti və 2 layihənin maliyyələşdirilməsi təsdiqlənib.