27 yanvar 2025 19:59
170

Suriyanı yanlış yola çəkmək istəyirlər - Ömer Çelik

Suriyada baş verənlərə bəzi dövlətlər müdaxilə etmək istəyir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi aktorlar Suriyanı yanlış yola çəkmək istəyir: “Biz isə öz növbəmizdə Qərb dövlətlərini, o cümlədən ABŞ-ni Suriyaya qarşı sanksiyaları aradan qaldırmağa çağırırıq”.

Ö.Çelik Ankaranın Dəməşqə dəstək olacağını vurğulayıb.