Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) keçirilmiş konqresində qəbul edilən qərarlardan biri Cəbhənin rəsmi simvolunun müəyyənləşdirilməsi olub.
“İki sahil” APA-ya istinadla xəbər verir ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmasında simvola çevrilən Dəmir Yumruq bundan sonra həm də kolonializmə qarşı mübarizənin simvolu olacaq.
Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin Dəmir Yumruğunu özünə rəmz kimi seçib.
Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb.
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib