Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, 72, 120A, 125, 149, 149E, 205, E1 nömrəli marşrutların "Azneft dairəsi" istiqamətində hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – İpək yolu – Mikayıl Müşfiq küçəsi – Nəriman Nərimanov prospekti – Mehdi Hüseyn küçəsi – Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Niyazi küçəsi ilə təşkil ediləcək. Eyni zamanda, Dənizkənarı küçəsində Su İdmanı Sarayı, Bakı Kristal Zalı və Dövlət Bayrağı Meydanı qarşısında yerləşən dayanacaq məntəqələri tədbirin keçiriləcəyə əraziyə daxil olduğundan 5, 6, 53 və 88 nömrəli müntəzəm marşrutlar bu dayanacaqlara daxil olmadan fəaliyyət göstərəcək.
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib