04 sentyabr 2026 20:10
106

Amerikalı jurnalist doğma yurdlarına qayıtmış yerli sakinlərlə görüşüb

Sentyabrın 4-də ABŞ-nin “Washington Examiner” nəşrinin jurnalisti Brady Knox Qarabağa səfəri çərçivəsində Xocalı rayonunun Ballıca kəndində və Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

“İki sahil” xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib  ki, səfər zamanı amerikalı jurnalist doğma yurdlarına qayıtmış yerli sakinlərlə görüşüb, onların həyat hekayələri, doğma torpaqlarına qayıdışları və bölgədəki yeniliklərlə bağlı fikirlərini dinləyib. Brady Knox, sakinlərin qayıdışdan sonrakı təəssüratları, yaşayış şəraiti və gələcəyə dair planları barədə məlumat alıb.

Xatırladaq ki, jurnalist səfər çərçivəsində Xocalı və Xankəndi şəhərlərində də olub. Ona bölgədə həyata keçirilən tikinti-quruculuq və bərpa işləri, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış proqramı barədə ətraflı məlumat verilib.