Gəncədə ağır yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.
İki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü E.İsmayılovun idarə etdiyi “VAZ-21011” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Nəticədə sürücü və onun həyat yoldaşı, 1996-ci il təvəllüdlü N.Tanrıverdiyeva, övladları, 2008-ci il təvəllüdlü S.İsmayılov, həmçinin 2023-cü il təvəllüdlü D.İ xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan E.İsmayılovun vəziyyəti ağır, digərlərinin orta-ağır və kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
“Report”
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib