Ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.
“İki sahil” xəbər verir ki, bu dəfə meşəbərpa tədbirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Salyan rayon icra hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarəsinin əməkdaşlarının iştirakı ilə Salyan rayonunun meşə fondu torpaqlarında keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, bir gün ərzində Salyan meşəbəyliyinin 4 hektar ərazisində 5 mindən artıq ağcaqayın, göyrüş və iydə ağacı əkilib.
O qeyd edib ki, növbəti günlərdə də ölkə ərazisinin meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam etdiriləcək.
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib