Yanvarın 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin "İki sahil"ə verdiyi məlumata görə, yanvarın 26-sı saat 10:00-a olan məlumatına əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub.
Belə ki, düşən yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub.
Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi ilə bağlı məsələlər nəzarətə götürülüb
Şəhid Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib