Ukrayna Rusiya ilə münaqişədə uduzsa, NATO müdafiəsini gücləndirmək üçün “əlavə trilyonlar” xərcləmək məcburiyyətində qalacaq.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
Onun sözlərinə görə, NATO-nun vəzifəsi “davamlı sülhə” nail olmaq üçün danışıqlara başlamazdan əvvəl Kiyevin mövqeyini gücləndirməkdir.
"Əgər Ukrayna uduzsa, o zaman NATO-nun qalan hissəsinə qarşı çəkindirmə gücünü bərpa etməyin qiyməti, xərclərimizi artırmaq və sənaye istehsalımızı artırmaq baxımından hazırda düşündüyümüzdən qat-qat yüksək olacaq. Bunlar milyardlarla əlavə xərclər deyil, trilyonlar olacaq”, - deyə, Mark Rutte Dünya İqtisadi Forumunda bildirib.