MDB tarixində ilk dəfə olaraq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda (2025-ci ilin sentyabrında) MDB və BMT arasında qarşılıqlı fəaliyyətə dair yüksək səviyyəli birgə tədbir keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bu gün ölkəsinin 2025-ci ildə MDB-də sədrliyinə həsr olunmuş tədbirdə bildirib.
"BMT Baş Assambleyasının BMT ilə MDB arasında əməkdaşlıq haqqında növbəti qətnaməsinin qəbuluna da dəstək veriləcək. Bundan əlavə, Birliyə üzv olan ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində beynəlxalq gündəlyin aktual məsələləri üzrə bəyanatların hazırlanması və qəbulu istiqamətində səylər davam etdiriləcək", - o vurğulayıb.