21 yanvar 2025 17:07
125

"Portu" baş məşqçisini istefaya göndərdi

"Portu" baş məşqçisi Vitor Bruno ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

42 yaşlı portuqaliyalı ilə müqavilə qeyri-qənaətbəxş nəticələrə görə ləğv edilib.

Komandanın baş məşqçi vəzifəsini müvəqqəti olaraq Xose Tavares yerinə yetirəcək.

Qeyd edək ki, Vitor Bruno ötən ilin yayından “Portu”ya rəhbərlik edirdi. 18 turdan sonra komanda Portuqaliya liqasında  40 xalla 3-cü pillədə qərarlaşır.